30 sentyabr 2024 14:17
281

Qrizmann milli karyerasını başa vurdu

"Atletiko"nun futbolçusu Antuan Qrizmann Fransa millisindəki karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu öz sosial şəbəkə hesablarında məlumat yayıb. 

O yazıb: “Xatirələrlə dolu bir halda həyatımın bu fəslini bağlayıram. Bu möhtəşəm macəraya görə hər kəsə təşəkkür edirəm. Tezliklə görüşərik”.

Qeyd edək ki, Antuan Qrizmann Fransa millisində 2014-cü ilin martında debüt edib. O vaxtdan bəri forvard millinin heyətində 137 oyun keçirib və 44 qol vurub. 2018-ci ildə Antuan Fransa ilə dünya çempionu, 2021-ci ildə isə UEFA Millətlər Liqasının qalibi olub.

Bu mövsüm Qrizmann "Atletiko"nun heyətində bütün turnirlərdə 8 oyun keçirib, 3 qola və 4 qol ötürməsinə imza atıb.