"Barselona" klubunun ən çox qazanan futbolçusu müəyyənləşib.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, bu ünvanı komandanın hücumçusu Robert Levandovski ələ keçirib.
36 yaşlı polşalı futbolçu mövsüm ərzində 32 milyon avro qazanır. Daha əvvəl isə ən çox qazanan futbolçu Frenki De Yonq idi.
Qeyd edək ki, R.Levandovski cari mövsüm bütün turnirlərdə 9 matçda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.