İspaniya La Liqasında VIII turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, turun mərkəzi görüşü Madrid derbisi ilə yadda qalıb. "Atletiko" doğma meydanda "Real"ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 64-cü dəqiqədə Eder Militao açıb. Ev sahiblərinin heyətində Anxel Korrea 90+5-ci dəqiqədə fərqlənərək komandasına derbidə 1 xal qazandırıb. Bu nəticədən sonra xallarını 18-ə çatdıran "kral klubu" 2-ci yerdə qərarlaşıb. Ev sahibləri isə 16 xalla 3-cü sıradadır.