İngiltərə Premyer Liqasında VI turun mərkəzi görüşü baş tutub.
“İki sahil” xəbər verir ki, prinsipial oyunda "Mançester Yunayted" və "Tottenhem" komandaları üz-üzə gəlib. Matç London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Brennan Conson, Deyan Kulusevski və Dominik Solanke vurublar. Bu nəticədən sonra xallarını 10-a çatdıran "Tottenhem" 8-ci pilləyə yüksəlib. "Mançester Yunayted" isə 7 xalla 12-ci yerdə qalıb. Turnir cədvəlinə 15 xalla "Liverpul" başçılıq edir.