Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası bu gün səfərdə "Hannover"ə uduzub.
“İki sahil” xəbər verir ki, qarşılaşma II Bundesliqanın VII turuna təsadüf edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Nürnberq" altı oyundan sonra yeddi xalla 14-cü pillədə qərarlaşıb. Meydan sahibləri isə 13 xalla 4-cü sıradadır.