28 sentyabr 2024 23:23
83

Muxtar Babayev Kosta-Rikanın XİN başçısı ilə iqlim prioritetlərini müzakirə edib

COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Kosta-Rikanın xarici işlər naziri Arnoldo Andre ilə Mərkəzi Amerika ölkəsinin iqlim prioritetlərini müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.

“COP29 Sədrliyinin komandası bu gün Nyu-Yorkda BMT Baş Assambleyası zamanı Kosta-Rikanın xarici işlər naziri Arnoldo Andre ilə Kosta-Rikanın iqlim prioritetləri barədə müsbət müzakirə aparıb. Sədrlik bütün tərəflərin səslərinin eşidildiyi inklüziv bir prosesin təmin edilməsinə sadiqdir”, – paylaşımda qeyd olunub.