28 sentyabr 2024 21:46
93

Biləsuvardakı qəsəbələrdən 16 ailə Cəbrayıl şəhərinə köçürülüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

“İki sahil” "Report"a istinadən xəbər verir ki, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 16 ailə 48 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb. Həmçinin bildirilib ki, bugünədək Cəbrayıl şəhərinə 77 ailə 241 sakin köçürülərək, daimi məskunlaşmaları təmin edilib.