28 sentyabr 2024 16:49
94

FHN: Obyektdə yanğın nəzarətə götürülüb

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. "Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Yanğınla mübarizə tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunub.