27 sentyabr 2024 21:26
87

Azərbaycanın və Malinin XİN rəhbərləri COP29-u müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Malinin xarici işlər naziri Abdoulaye Diop ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Görüşdə həm ikitərəfli, həm də çoxtərəfli, eləcə də Azərbaycanın COP29-da sədrliyi çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.