27 sentyabr 2024 20:06
94

Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin kənarında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış olub.

“İki sahil” xəbər verir ki, bu barədə TASS şəhər meriyasına istinadla məlumat yayıb.

Dağıstanın Səhiyyə Nazirliyindən bildirilib ki, partlayış nəticəsində 3 nəfər ölüb.

Rusiya KİV-i partlayışın yanacaqdoldurma məntəqəsində yanğına səbəb olduğunu yazır.