27 sentyabr 2024 19:47
107

BDU-nun tələbəsi avtoqəzada həyatını itirib

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində "Politologiya" ixtisası üzrə təhsil alan IIl kurs tələbəsi Kənan Abıyev avtoqəza nəticəsində həyatını itirib.

“İki sahil” xəbər verir ki,  bu barədə BDU-dan məlumat verilib.

"BDU rəhbərliyi və kollektivi tələbəmizin vaxtsız vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.