27 sentyabr 2024 17:07
78

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr – Anım Günündə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edib.

Komitənin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün bərpa edilməsi uğrunda şəhid olan Vətən övladları ehtiramla yad edilib. Qəhrəman şəhidlərimizə ehtiramın ifadəsi olan xatirə daşının önünə gül dəstələri düzülüb.