27 sentyabr 2024 15:39
101

Rusiya-Ukrayna münaqişəsinin davam etməsi ABŞ-a sərf edir - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Rusiya-Ukrayna münaqişəsinin davam etməsi ABŞ üçün faydalıdır.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki,  o, bir daha danışıqlar aparılmasına çağırıb. Lakin onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın təzyiqi səbəbindən Rusiya hökuməti ilə əlaqə saxlamır: “Mən açıq şəkildə deyirəm ki, ukraynalılarla müəyyən kanallar vasitəsilə əlaqə saxlayırıq. Ruslarla münasibətimizi görürsünüz. Hər şeyi normallaşdırmaq üçün bu əlaqələri istifadə etməyə çalışırıq. Zelenski hələ ki bunu eşitmir və dinləmək istəmir. Niyə? Çünki amerikalılar onları bu müharibəyə sövq edir”.

Lukaşenkonun fikrincə, ABŞ hakimiyyəti bu münaqişədən faydalanır, çünki bu, Avropanı zəiflədir: “Amerikalılara güclü Avropa lazım deyil”.