27 sentyabr 2024 15:18
77

Moldova Prezidenti onu vəzifəsindən azad etdi

Moldova prezidenti Maya Sandu Baş Qərargah rəisi və ordunun komandanı Eduard Oxladçukun istefası haqqında fərman imzalayıb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki,  o, 2021-ci il noyabrın 8-dən bu vəzifədə çalışırdı.

Fərman Moldova Prezidentinin saytında dərc edilib.

Moldova ordusunun yeni komandanının kimin olacağı hələlik məlum deyil.