27 sentyabr 2024 15:07
79

NATO-nun Belarusa hücumu nüvə müharibəsinə səbəb olacaq - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, NATO-ya üzv dövlətlərin bu ölkəyə və ya Rusiyaya qarşı mümkün təcavüzü nüvə silahından istifadə etməklə genişmiqyaslı münaqişəyə səbəb olacaq.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki,  Belarus prezidenti Minskin öz qırmızı xətlərini aydın şəkildə müəyyən etdiyini bildirib. Bu, dövlət sərhədidir və onun pozulmasından sonra ani cavab veriləcək. Aleksandr Lukaşenko vurğulayıb ki, ölkə belə bir ssenariyə hazırlaşır: “Biz nüvə silahından istifadə edəcəyik. Rusiya da bütün arsenalından istifadə edəcək. Və bu, artıq dünya müharibəsidir. Qərb də bunu istəmir, onlar buna hazır deyillər”.

Aleksandr Lukaşenko həmçinin Vladimir Putinə nüvə doktrinasına dəyişikliklərə görə təşəkkür edib. "Təşəkkür edirəm, Putin bu yaxınlarda nüvə doktrinasına düzəlişlər edərək bunu təsdiqlədi ki, Rusiya və Belarusa hücum olarsa, biz nüvə silahından istifadə edəcəyik".