27 sentyabr 2024 12:05
84

ABŞ-ın Azərbaycandakı səfiri şəhidlərin xatirəsini yad edib

ABŞ-ın Azərbaycandakı səfiri şəhidlərin xatirəsini yad edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ səfirliyinin paylaşımında bildirilib.

“Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik”, - səfir Libby deyib.