26 sentyabr 2024 10:49
316

"Konstantinopola gedirik” dedilər, İstanbulu göstərdik - Məşhur futbolçu/VİDEO

Türkiyənin əfsanəvi futbolçularından Nihat Kahveci Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda keçirilən "Qalatasaray" (Türkiyə) - PAOK (Yunanıstan) oyunu haqqında danışıb. 

“İki sahil” xəbər verir ki, o, "Kontraspor" Yutub kanalında yayımlanan verilişdə İstanbul klubununun evdə qazandığı 3:1 hesablı qələbəyə görə fəxr etdiyini bildirib. N.Kahveci oyundan əvvəl Yunanıstan mediasında yayılan “Konstantinopola gedirik” fikrinə də münasibət bildirib.

"Konstantinopola gedirik dedilər, İstanbulu göstərdik. İstanbulun cəhənnəmini göstərdik. Azarkeşlərimiz möhtəşəm idi. "Qalatasaray" çox yaxşı oynadı, 3:1 hesablı qələbə qazandı. İndi bütün "Qalatasaray" azarkeşləri öz komandaları ilə fəxr edirlər. Mən də fəxr edirəm. Halal olsun! "Qalatasaray" hesab 1:1 olandan sonra da mübarizə apardı. Rəqibi də Yunanıstan çempionatının qalibi idi".

Mütəxəssis "Qalatasaray"ın qapıçısı Günay Güvenc haqqında xoş sözlər səsləndirib: "Günay, səni də təbrik edirəm. Musleranın əvəzedicisi olmaq asan deyil. Muslera olmayanda meydana çıxmaq asan deyil. İlk hissədə komandasını kritik vəziyyətdən xilas etdi. "Qalatasaray" 0:1 hesabı ilə geriyə düşə və oyun tam başqa cür nəticələnə bilərdi".