23 sentyabr 2024 14:41
267

BANM tələbəsi “Microsoft”da kritik təhlükəsizlik boşluğu aşkar edib

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbəsi Zeynalxan Quliyev “Microsoft” şirkətində kritik təhlükəsizlik boşluğu taparaq adını “Microsoft”un Şərəf lövhəsinə yazdırıb. Nəticədə ona pul mükafatı təqdim olunub.

“İki sahil” xəbər verir ki, bununla yanaşı Zeynalxan “Panasonic”, Avropa İttifaqının (CERT-EU), Monash, Lenovo, Opera və Cisco kimi tanınmış şirkətlərin veb saytlarında da müxtəlif təhlükəsizlik boşluqları aşkar edib. Bu araşdırmalar nəticəsində də bir sıra mükafatlar alıb.

Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!