Türkiyə Superliqasında VI turunun növbəti oyunu baş tutub.
“İki sahil” xəbər verir ki, çempionluq mübarizəsi aparan “Beşiktaş” doğma meydanda Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”u qəbul edib. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 13-ə çatdıran “Beşiktaş” 3-cü pilləyə yüksəlib. “Eyüpspor” isə 9 xalla 6-cı sırada qalıb.