"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 7-ci turunda "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
“İki sahil” xəbər verir ki, o deyib: "Fikrimcə rəqib qələbəyə daha layiq idi. Komanda şəklində mübarizə apardılar. Bu oyundan nəticə çıxarmalıyıq. Paltardəyişmə otağında futbolçulara da bunu bildirdim".
Mütəxəssis “Millerə qarşı qayda pozuntusu olan epizodu necə şərh edərdiniz? Sizcə, orada qırmızı vərəqə vermək olardı?” sualına belə cavab verib: “Mənim üçün nəsə demək çətindir. Hakim belə qərar verdi”.