Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçiriblər.
“İki sahil” xəbər verir ki, X turda Kuba ilə üz-üzə gələn kişilərdən ibarət millimiz 3:1 hesablı qələbəyə sevinib.
Aydın Süleymanlı – Karlos Albornos 1:0
Nicat Abasov – Luis Kesada 0,5:0,5
Rauf Məmmədov – Dilan Berdaes 1:0
Məhəmməd Muradlı – Omar Almeyda 0,5:0,5
Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.
Eyni turda Monqolustanla münasibətlərə aydınlıq gətirən qadınlardan ibarət kollektiv isə 2,5:1,5 hesabı ilə qalib gəlib.
Günay Məmmədzadə - Munxzul Turmunx 0,5:0,5
Ülviyyə Fətəliyeva - Batxuaq Munquntul 1:0
Gövhər Beydullayeva - Davademberel Nomin-Erdene 1:0
Xanım Balacayeva - Bat-Erdene Munzunqul 0:1
Qadınlardan ibarət zəka sahiblərimiz daha əvvəl Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5) İsveçrədən (4:0) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib (2:2), Qazaxıstana isə yenilib - 1:3.