21 sentyabr 2024 15:00
273

Ölkə çempionatları tarixində 234-cü avtoqol

Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə ilk avtoqol qeydə alınıb.

"İki sahil" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, VII turun “Qarabağ” – “Neftçi” matçında (4:0) yaşanıb. Qonaqların futbolçusu Robert Bauer topu öz qapısına vurub. Bu, ölkə çempionatları tarixində 234-cü avtoqol olub.

“Neftçi” komandasının futbolçuları Azərbaycan çempionatlarında 25-ci dəfə topu öz qapısına vurublar. Bu, yarışın tarixində antirekorddur. “Qarabağ” isə 34-cü dəfə rəqib qoluna sevinib ki, bununla da sahib olduğu rekordu yeniləyib.

Qeyd edək ki, “Neftçi”nin avtoqollarından 8-i “Qarabağ”la görüşlərə təsadüf edib.