20 sentyabr 2024 10:33
67

ÇL-də Liqa mərhələsinin ilk turnir cədvəli

İlk dəfə təşkil olunan Çempionlar Liqasının Liqa mərhələləsində 1-ci tura dünən gecə keçirilən oyunlarla yekun vuruldu.

“İki sahil” xəbər verir ki, ilk turdan sonra turnir cədvəlinə Münhen “Bavariya”sı başçılıq edir. 

Öz meydanında Zaqreb “Dinamo”sunu 9:2 hesabı ilə məğlub etmiş alman təmsilçinin vurulan və buraxılan qolllar arasında fərqi (+7) hamıdan yaxşıdır.

Qeyd etmək yerinə düşər ki, yarışın Liqa mərhələsinin yekununda nəinki hər xalın, hətta vurulan hər bir qolun belə növbəti mərhələyə çıxmaq baxımından böyük əhəmiyyəti olacaq.

Xatırladaq ki, tarixdə ilk dəfə təşkil olunan ÇL-in Liqa mərhələsində 36 komanda yarışır. 1-8-ci yeri tutanlar 1/8 finala, 9-24-cü yeri turanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaq. 25-36-cı yeri tutanlar isə avrokubok mövsümünü başa vuracaqlar.