19 sentyabr 2024 18:05
112

Qəzaya düşən avtomobil YANDI

Bakının Nəsimi rayonunda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib:

"Qəza səbəbindən hər iki avtomobildə yanğın olduğundan, 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib".