19 sentyabr 2024 17:30
103

Livan peycer və ratsiya ilə uçuşları QADAĞAN ETDİ!

Livan hökuməti Beyrut hava limanından uçuşlarda ratsiya və peycerlərin daşınmasını qadağan edib.

“İki sahil” xəbər verir ki, bu barədə “CNA” məlumat yayıb.

Livanın mülki aviasiya müdirliyi Beyrutdan fəaliyyət göstərən aviaşirkətlərdən sərnişinlərə ratsiya və peycerlərin növbəti xəbərdarlığa qədər qadağan edildiyini bildirmələrini xahiş edib.

Qeyd edək ki, ötən iki gün ərzində Hizbullah üzvlərinin istifadə etdiyi peycer və ratsiyaların partlaması nəticəsində azı 37 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. (APA)