19 sentyabr 2024 15:37
108

Türkiyə Mərkəzi Bankından FAİZ QƏRARI

Türkiyə Mərkəzi Bankı ardıcıl altıncı dəfə əsas faiz dərəcəsini 50%-də saxlayıb.

“İki sahil” xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.

“Türkiyənin Pul Siyasəti Şurası faiz dərəcəsini 50% səviyyəsində saxlamağa qərar verib”, - deyə məlumatda bildirilir.

Türkiyədə faiz dərəcəsi sonuncu dəfə bu ilin mart ayında dəyişib, o zaman Mərkəzi Bank onu 45%-dən 50%-ə qaldırıb.