19 sentyabr 2024 15:08
98

Krım BMT-nin mandatı altına verilə bilrəmi?

“Rusiyanın düşmənləri Krım ətrafındakı vəziyyətdən narahatdırlar. Bu məsələ, prinsipcə, heç bir şəkildə, heç kim tərəfindən, heç vaxt müzakirə oluna bilməz. Bu, yalnız anti-Rusiya ritorikasını və Rusiyaya nifrəti artırır.”

“İki sahil” xəbər verir ki, rusiyalı ekspert Yevgeni Mixaylov RT ilə söhbətində deyib. O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Krımın BMT mandatı altına verilməsi təklifini mənfi qiymətləndirib.

Mixaylov vurğulayıb ki, Sikorskinin bəyanatı Polşa ilə Ukrayna arasında münasibətlərin pisləşməsi fonunda verilib.

Xatırladaq ki, Sikorski Krımın 20 ildən sonra statusu ilə bağlı ədalətli referendumun keçirilməsi üçün BMT mandatı altına verilməsi təklifi ilə çıxış edib.