19 sentyabr 2024 13:39
108

Azərbaycanın Macarıstandakı səfiri Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli üzvləriylə görüşüb

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli üzvləriylə görüşüb.

Azərbaycan Şahmat Federasiyasından "İki sahil"ə verilən məlumata görə, səfirlikdə baş tutan görüşdə federasiyanın prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, vitse-prezidenti Faiq Həsənov, baş katibi İlahə Qədimova, eləcə də yığmanın məşqçi heyəti iştirak edib.

Səfir ölkəmizi beynəlxalq yarışlarda təmsil edən Azərbaycan şahmatçılarına uğurlar arzulayıb.