18 sentyabr 2024 20:39
136

"Əl-Nəsr" klubunu Stefano Pioli çalışdıracaq

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu Stefano Pioli çalışdıracaq.

“İki sahil”  klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 58 yaşlı italiyalı mütəxəssis bu postda ötən gün komandadan göndərilən Luiş Kaştrunu əvəzləyib.

O, son olaraq ölkəsinin "Milan" kollektivini çalışdırıb.

Qeyd edək ki, "Əl-Nəsr" klubu son 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə məğlub olub.