18 sentyabr 2024 18:06
130

"Fənərbağça" - "Qalatasaray" oyunu ona tapşırıldı

Türkiyə Superliqasının VI turunda keçiriləcək "Fənərbağça" - "Qalatasaray" oyununu idarə edəcək hakim müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma Atilla Karaoğlana tapşırılıb.

Qeyd edək ki, sentyabrın 21-də təşkil olunacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.