18 sentyabr 2024 14:09
281

İtaliya millisinin sabiq futbolçusu dünyasını dəyişib

İtaliya millisinin sabiq futbolçusu, dünya çempionatının "Qızıl buts" mükafatçısı Salvatore Skillaçi 59 yaşında dünyasını dəyişib.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş hücumçuya xərçəng xəstəliyi diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, millinin "Toto" ləqəbli sabiq üzvü 1990-cı ildə keçirilən dünya çempionatında "Qızıl buts" mükafatına layiq görülmüşdü. O, Almaniya yığmasının çempion olduğu yarışı 6 qolla bombardir kimi başa vurmuşdu.