UEFA Çempionlar Liqasının yeni formatda keçirilən əsas mərhələsində bu gün ilk turun növbəti oyunları olacaq.
“İki sahil” xəbər verir ki, futbol azarkeşləri 6 qarşılaşmaya şahidlik edəcəklər.
Günün ən maraqla gözlənilən görüşü İngiltərədə baş tutacaq. “Mançester Siti” son İtaliya çempionu “İnter”i qəbul edəcək. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
18 sentyabr
I tur
20:45. “Bolonya” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
20:45. “Sparta Praqa” (Çexiya) – “Zaltsburq” (Avstriya)
23:00. “Seltik” (Şotlandiya) – “Slovan” (Slovakiya)
23:00. “Brügge” (Belçika) – “Borussiya Dortmund” (Almaniya)
23:00. “Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya)
23:00. PSJ (Fransa) – “Jirona” (İspaniya)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində birinci turun ilk 6 matçı ötən gün keçirilib. İlk tura sentyabrın 19-da yekun vurulacaq.