Türkiyə Superliqasında 3-cü turdan təxirə salınmış bir oyun keçirilib.
“İki sahil” xəbər verir ki, Türkiyə Superliqasında son çempion “Qalatasaray” öz meydanında “Qaziantep”lə qarşılaşıb. Görüş “cim-bom”un qələbəsi ilə başa çatıb - 3:1.
“Qalatasaray” aktivinə üç xal yazdıraraq 5 turdan sonra 15 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib. "Fənərbaxça" 13 xalla 2-ci, "Başakşeher" 10 xalla 3-cüdür.
17 sentyabr
Türkiyə Super Liqası III tur
"Qalatasaray" – "Qaziantep" - 3:1
Qollar: B.Yılmaz, 11, Y.Akgün, 26, M.Batşuayi, 76 – F.Soyalp, 81