UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turuna start verilib.
"İki sahil" Apasport.az-a istinadən xəbər verir ki, ilk oyun gününün nəticələri belə olub:
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
17 sentyabr
"Yuventus" (İtaliya) – PSV (Niderland) 3:1
Kenan Yıldız, 21, Ueston Makkeni, 27, Nikolas Qonzales, 52 - İsmael Saibari, 90
"Yanq Boyz" (İsveçrə) – "Aston Villa" (İngiltərə) 0:3
Yuri Tilemans, 27, Yakob Remzi, 38, Amadu Onana, 86
"Milan" (İtaliya) – "Liverpul" (İngiltərə) 1:3
Kristian Pulişiç, 3 - İbrahima Konate, 23, Vircil van Dayk, 42, Dominik Soboslasi, 67
"Bavariya" (Almaniya) – "Dinamo" (Zaqreb, Xorvatiya) 9:2
Harri Keyn, 19, 57, 73, 78, Rafael Qerreyro, 33, Maykl Olis, 38, 61, Leroy Sane, 85, Leon Qoretzka, 90 - Bruno Petkoviç, 48, Takuya Ogivara, 50
"Real" (İspaniya) – "Ştutqart" (Almaniya) 3:1
Kilian Mbappe, 46, Antonio Rüdiger, 84, Endrik, 90 - Deniz Ündav, 68
"Sportinq" (Portuqaliya) – "Lill" (Fransa) 2:0
Viktor Gökeres, 38, Zeno Debast, 65
İlk turun növbəti oyunları sentyabrın 18-19-da keçiriləcək.