Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Fənərbaxça” klubunun prezidenti Ali Koç və klubun idarə heyətinin üzvlərini qəbul edib.
“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, Əli Koç prezident Ərdoğana imzalı forma hədiyyə edib.
Prezident Ərdoğan sosial media hesabında bu mesajları paylaşıb: “Fənərbaxça” İdman Klubunun prezidenti Ali Koç və milyonlarla azarkeşi ilə türk idmanının qürurlarından biri olan klubun idarə heyətinin üzvlərini, yetişdirdiyi idmançıları qonaq etməkdən məmnun oldum".