"Çelsi"nin futbolçusu Ben Çilvell zədəsini sağaldıb.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 27 yaşlı müdafiəçi komanda ilə məşqlərə başlayıb.
Oyunçu zədə səbəbindən bu mövsüm meydana çıxmamışdı. Artıq o, oynamağa hazırdır.
Qeyd edək ki, Çilvell 2020-ci ildən "Çelsi"nin futbolçusudur. O, komandanın heyətində ümumilikdə 106 oyunda 9 qol vurub və 12 qolun ötürməsini verib.