"Napoli"nin idman direktoru Covanni Manna yarımmüdafiəçi Xviça Kvaratsxeliya ilə müqavilənin mümkün uzadılması barədə danışıb .
"İki sahil" İtaliya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Onun hələ üç illik müqaviləsi var. Xviça ilə maraqlanan klublar var idi, lakin biz əməkdaşlığımızı davam etdirmək istəyirdik. Biz indi onun agentləri ilə müqaviləni uzatmaq üçün işləyirik”.
Qeyd edək ki, Ötən mövsüm Kvaratsxeliya "Napoli"nin heyətində bütün turnirlərdə 45 oyun keçirib, 11 qol vurub və 9 qolun ötürməsini verib.