17 sentyabr 2024 11:15
233

Ançelotti şikayətləndi

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçuların tez-tez zədə alması barədə danışıb.

“İki sahil” xəbər verir ki, mütəxəssis buna oyun qrafikinin sıxlığının səbəb olduğunu söyləyib: 

“Cədvəl çox sıxdır. Çempionlar Liqası yeni formatdadır və heç kim nəyin necə olacağını bilmir. Amma görünən odur ki, sıx qrafikdə daha 2 oyunumuz var.

Rəhbər orqanlar çox oynadıqları üçün zədə alan oyunçular haqqında düşünməsələr, böyük problemlər yaşayacağıq. Onlardan matçların sayını azaltmaq barədə düşünməyi xahiş edirəm”.

Qeyd edək ki, "Real" ÇL-in Liqa mərhələsinin 1-ci turunda bu gün "Ştutqart"la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.