Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinə altı qarşılaşma ilə start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyunlar çərçivəsində "Yuventus" PSV ilə, "Yanq Boyz" isə "Aston Villa" ilə saat 20:45-də üz-üzə gələcək. Daha sonra saat 23:00-da "Milan" "Liverpul"a qarşı mübarizə aparacaq, "Bavariya" "Dinamo Zaqreb"i qəbul edəcək, "Real Madrid" "Ştutqard" ilə qarşılaşacaq, "Sportinq" isə "Lill" ilə oyuna çıxacaq.
Bu oyunlarla Çempionlar Liqası yeni mövsümə rəsmi olaraq start verir.