Rusiyanın Kursk vilayətində yerli hakimiyyət orqanları Rılski və Xomutovski rayonlarında məcburi təxliyə edilməli olan 89 yaşayış məntəqəsinin siyahısını dərc edib.
“İki sahil” xəbər verir ki, bu haqda müvafiq siyahı yerli hakimiyyət orqanlarının Telegram kanalında məlumat yayılıb.
“Proses hüquq-mühafizə orqanları, yerli administrasiyalar və “Patriot” mərkəzinin üzvləri tərəfindən əlaqələndiriləcək. Hörmətli həmvətənlər, sizdən mövcud vəziyyətə anlayışla yanaşmanızı, təhlükəsizlik qüvvələrinin və yerli hakimiyyət orqanlarının bütün tövsiyələrinə əməl etməyinizi xahiş edirik”, - deyə, bəyanatda vurğulanır.