16 sentyabr 2024 15:44
133

Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin auditinə başlanılıb

Hesablama Palatası Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin auditinə başlayıb.

“İki sahil” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən, "Auditor xidməti haqqında" qanunun 30 illiyinə həsr olunmuş "Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq" mövzusunda beynəlxalq konfransda bildirib.

"Cari ildə ekoloji auditlər davam edir. Palatanın apardığı auditlər arasında Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə, təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsi, həmçinin işğaldan azad edilmiş ərazilərdə yaşıl iqtisadiyyata töhfə verən “Ağıllı kənd” layihəsinin auditləri yer alır", - deyə o qeyd edib.