Bu yay "Yuventus"dan ayrılan Adrien Rabyonun yeni klubu məlum olub.
“İki sahil” xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
"Marsel" Rabyo ilə razılaşdıqlarını açıqlayıb. 29 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Fransa millisinin üzvü "Mançester Siti" və PSJ-də də çıxış edib.