"Bavariya"nın futbolçusu Manuel Noyer yeni rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, o, buna Bundesliqanın 4-cü turunun “Holşteyn”lə matçında nail olub. 38 yaşlı qolkiper start heyətdə meydana çıxıb və sonadək oynayıb. Onun komandası görüşdə 6:1 hesablıqələbə qazanıb.
“Holşteyn” Almaniya çempionatında Noyerin qalib gəldiyi 37-ci klub olub. Beləliklə, Noyer Bundesliqa tarixində 37 fərqli komandanı məğlub edən ilk oyunçu adını qazanıb.
Xatırladaq ki, Noyer 2011-ci ildən "Bavariya"da oynayır.