15 sentyabr 2024 22:27
169

“Sabah” – “Turan Tovuz” oyununda qollu bərabərlik

Misli Premyer Liqasının 6-cı turun sonuncu yarışında turnir cədvəlində 3-cü pillədə qərarlaşan “Sabah” ilə lider “Turan Tovuz” üz-üzə gəliblər.

“İki sahil”in məlumatına görə, qarşılaşmanın 7-ci dəqiqəsində Bakı təmsilçisi Cessi Sekidika hesabı açıb. Bu tovuzluların qapısında gördüyü ilk qol olub.

Oyunun 36-cı dəqiqəsində Roderik Miller bərabərlik qolunu vursa da, C.Sekidika 47-ci dəqiqədə dubla imza ataraq komandasını yenidən hesabda önə çıxarıb – 2-1.

77-ci dəqiqədə Ayxan Hüseynov “Turan Tovuz”ub bərabərlik qolunun müəllifi olub.

Qarşılaşma bu hesabla da başa çatıb.

Bununla da “Turan Tovuz” məğlubiyyətsiz seriyasını 6 oyuna yüksəldib.

Misli Premyer Liqası,

6-cı tur

15 sentyabr (bazar)

20:30. “Sabah” 2–2 “Turan Tovuz”

Qollar: Cessi Sekidika, 6 (1-0), Roderik Miller, 36 (1-1), Cessi Sekidika, 47 (2-1), Ayxan Hüseynov, 77 (2-2)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev

“Bank Respublika Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”