15 sentyabr 2024 16:15
181

"Formula 1": Yaponiyalı sürücü mübarizəni dayandırıb

RB komandasının pilotu Yuki Tsunoda Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində mübarizəni dayandırıb.

“İki sahil” xəbər verir ki, yaponiyalı sürücü 16-cı dövrədə yarışla vidalaşmalı olub.

Onun bolidində problem aşkarlanıb.

Qeyd edək ki, 20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.