15 sentyabr 2024 15:57
172

Vətən müharibəsi qazisi: "Formula 1" yarışını tribunadan izləmək çox xoşdur

Burada olmaq və dünyanın bir nömrəli avtomobil yarışını izləmək çox xoşdur.

Bunu Vətən müharibəsi qazisi Rafiq Rəhimov Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, yarışı tribunadan izləməsi barədə danışıb:

"Bizim üçün yaxşı şərait yaradılıb. Hər kəsə minnatdaram. Pilotlara isə uğurlar arzulayıram. Fəxr edirəm ki, ölkəmizdə bu cür beynəlxalq səviyyəli yarış keçirilir".

Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da başlayacaq.

"Report"