15 sentyabr 2024 14:23
161

Ronaldo ÇL-in oyununu buraxacaq

“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştiano Ronaldo AFC Çempionlar Liqasında "Əl-Şorta" ilə matçı buraxacaq.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı hücumçuya virus infeksiyası diaqnozu qoyulub. Komandanın həkimi onun istirahətə ehtiyacı olduğunu və evdə qalmalı olduğunu təsdiqləyib. O, bu gün komanda ilə İraqa getməyəcək.

Ətraflı

Qeyd edək ki, sözügedən görüş sentyabrın 16-ı keçiriləcək.