15 sentyabr 2024 13:02
142

Ançelotti rekordunu yenilədi

"Real"ın baş məşqçisi Karlo Ançelotti özünə aid rekordu yeniləyib.

“İki sahil” xəbər verir ki, onun rəhbərliyi altında Madrid təmsilçisi La Liqanın 5-ci turunda "Real Sosyedad"a qalib gəlib."Kral klubu" sonuncu dəfə yanvarda Kral Kubokunda "Atletiko"ya uduzub. O vaxtdan bəri "Real" 32 matçda məğlub olmayıb. Bu göstərici Karlo Ançelottinin məşqçilik karyerasında ən yaxşı göstəricidir.

İtaliyalı mütəxəssisin əvvəlki rekordu 31 oyun olub. Sözügedən rekord "Real"ı (2013/14) çalışdırdığı dönəmdə qeydə alınıb.