15 sentyabr 2024 12:19
155

"Formula 2": Bakıdakı yarışda zəncirvari qəza baş verib

Bakıda keçirilən "Formula 2" üzrrə Azərbaycan Qran-prisində zəncirvari qəza olub.

“İki sahil” xəbər verir ki, əsas yarışın startında beş bolid bir-birinə çırpılıb.

Onlardan bir neçəsi isə dağılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb və qısa fasilə yaranıb. Pilotlardan heç biri xəsarət almayıb.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da başlayacaq.