15 sentyabr 2024 08:37
154

"Real" səfərdə, "Sevilya" evdə qalib gəldi

İspaniya La Liqasında 5-ci turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, ötən gün 4 matç keçirilib.

"Sevilya" "Xetafe”ni məğlub yola salıb. “Real Sosyedad”ın qonağı olan “Real” da inamlı qələbə qazanıb.

14 sentyabr

"Malyorka" – "Vilyarreal" - 1:2
Qollar: Albiol, 57-öz qapısına – L.Kosta, 27. A.Peres, 90+4.

"Espanyol" – "Alaves" - 3:2
Qollar: Puado, 21; 56; 63 – Koneçni, 35. Tenalya, 68.

"Sevilya" – "Xetafe" -  1:0
Qol: X.Navas, 23.

"Real Sosyedad" – "Rea"l -  0:2
Qol: Vinisius, 58-pen. Mbappe, 75-pen.

Turnir cədvəlinə 12 xalla (4 oyuna) "Barselona" başçılıq edir. "Real" və "Vilyarreal" isə (5 oyun) 11 xalla növbəti pillələrdədir.